Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 10.4 faizdir
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 9.43 faiz, son yeddi günün 10.4 faiz, son 14 günün isə, 10.7 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.
Gürcüstanda son 24 saat ərzində koronavirusun 4 031 yeni halı qeydə alındı, 4 585 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 79 pasiyent vəfat etdi.