Koronavirusun aşkar edilməsinin  bu günki müsbətlik göstəricisi beş faizdir
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi beş faizdir

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi beş faizdir. Son 14 günün – 4,8%, son yeddi günün – 3,8%. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd oolunub.

Gürcüstanda son 24 saat ərzində koronavirusun 858 yeni halı qeydə alındı, 580 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 14 pasiyent vəfat etdi.

Son bir gündə ölkədə 17 271 test edildi, o cümlədən – antigenin sürətli testi ilə 11 459, “PCR” testi ilə 5 812.

Gürcüstanda bu vaxt üçün koronavirusun 258 351 halı təsdiq olunub. Buradan 249 709 insan müalicə olunaraq sağalıb, 3 208 pasiyent vəfat edib.

Karantin rejimində 474 vətəndaş, stasionarda müşahində altında 2 676 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 268 insan qalmaqdadır.