Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.95 faiz, son yeddi günün 3.64 faizdir
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.95 faiz, son yeddi günün 3.64 faiz, son 14 günün isə, 3.87 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd oolunub.
Gürcüstanda son 24 saat ərzində koronavirusun 404 yeni halı qeydə alındı, 799 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 14 pasiyent vəfat etdi.
Son bir gündə ölkədə 13 573 test edildi, o cümlədən – antigenin sürətli testi ilə 7 252, “PCR” testi ilə 6 321.
Gürcüstanda bu vaxt üçün koronavirusun 262 024 halı təsdiq olunub. Buradan 253 614 insan müalicə olunaraq sağalıb, 3 283 pasiyent vəfat edib.
Karantin rejimində 474 vətəndaş, stasionarda müşahində altında 2 676 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 268 insan qalmaqdadır.