Koronavirusun 57 yeni halından ikisi Rustavi ilə əlaqədardır
Koronavirusun 57 yeni halından ikisi Rustavi ilə əlaqədardır

Koronavirusun 57 yeni halından ikisi Rustavi ilə əlaqədardır. Biri Acarada keçirilən toy ilə bağlıdır, ikincisi isə, tibb işçisidir və onun yoluxma mənbəsi hələlik məlum deyil.

Bu barədə Gürcüstanın Birinci Kanalına Kvemo Kartli Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, David Beqaşvili bəyan etdi.

Onun dediyinə görə, hazırda epidemioloqlar kontaktlar və yoluxma mənbəsinin axtarılması üzrə işləyirlər.