Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Quriya şöbəsinin məlumatına görə, virusa yoluxanlar müxtəlif peşə sahibidilər.
“Epid-tədqiqat aparılır və kontaktlar axtarılır. Koronavirus hallarının sayının yenə artması mümkündür. Çünki yekun tədqiqat başa çatdırılmayıb.
Şübhəli simptomları olan pasiyentlərin “PCR” testi hələ də davam etdirilir”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Quriya şöbəsində bəyan edirlər.
Bununla yanaşı, bu gün aşkar edilən 2 970 haldan paytaxt və bölgələrə əsasən göstəricisi bu cürdür: Tbilisidə 1 130, Acarada 653, İmeretidə 463, Kvemo Kartlidə 90, Şida Kartlidə 105, Sameqrelo-Zemo Svanetidə 202, Kaxetidə 94, Mtsxeta-Mtianetidə 93, Samtsxe-Cavaxetidə 49, Raça-Leçxumi və Kvemo Svanetidə 24.
Gürcüstanda koronavirusun 2 970 yeni halı qeydə alındı, 2 348 pasiyent sağaldı, 22 pasiyent vəfat etdi.
Gürcüstanda bu vaxt üçün koronavirusun 63 650 halı təsdiq olunub. Buradan 47 390 vətəndaş sağalıb, 521 pasiyent isə, vəfat edib.