Koronavirusu təsdiq olunan abituriyentlər imtahanları xüsusi olaraq tərtib olunmuş cədvəllə tapşıracaqlar
İmtahanlar zamanı virusu təsdiq olunan applikantlar imytahanlardan kənarlaşdırlmayacaqlar, – bu barədə Təhsil nazirinin müavini, Nunu Mitskeviç bəyan etdi.
Onun qeyd etdiyinə görə, imtahanlar zamanı “COVID-19” virusu təsdiq olunan abituriyentlər imtahanları, Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzi tərəfindən xüsusi olaraq tərtib olunmuş cədvəllə iki həftədən gec olmaayaraq tapşıracaqlar.
Bununla yanaşı, Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzinin rəhbəri, Sopo Qorqadze açıqladı ki, imtahan tapşıranlar Xəstəliklərə Nəzarət Milli Mərkəzinin və Əmək Müfəttişliyi Xidməti tərəfindən müəyyən edilən rekomendasiyaları əldə rəhbər tutmalıdılar: sosial məsafəni maksimal olaraq müdafiə etsinlər, imtahana qeydiyyatda və imtahan zamanı maskanı çıxarmasınlar, əllərini yerində yerləşdirilmiş maye ilə dezinfeksiya etsinlər.
Xəstəliklərə Nəzarət Milli Mərkəzi tərəfindən həmçinin işlənib hazırlandı: imtahan mərkəzlərindən alınan əsərlərin təhlükəsiz işlənməsi, imtahan mərkəzlərinin təmizlənməsi, dezinfeksiyası, mərkəzin personalının iş şəraiti.