Koronavirusla əlaqəli məhdudiyyətlərin bir hissəsi bu gündən etibarən ləğv edilir

11:54, 01.03.2021

Ölkədə tətbiq olunan məhdudiyyətlərin yüngülləşdiirlməsi davam etdirilir:

• Həm dövlət, həm də özəl məktəbəqədər təhsil müəssisələri, 1 mart tarixindən, bu gündən etibarən hər iki həftədə bir dəfə işçilərin 20% -nin məcburi test edilməsi şərti ilə fəaliyyətə başlayır;

•Universitet və peşə məktəbləri 1 martdan etibarən klinik, praktik, laboratoriya fəaliyyətlərini bərpa edə və imtahanlarını qeyri-distant formatda keçirə biləcək, 15 martdan isə tədris prosesini auditoriyalarda bərpa edə biləcəklər.

•Muzeylər bu gündən ziyarətçiləri qəbul edəcəklər.

•Restoran biznesində də bu gündən etibarən məhdudiyyətlər yüngülləşdiriləcək. Tənzimlənmənin  qaldırılması bu dəfə Batumiyə də aiddir, şəhərdə restoranlar qapalı mühitdə də müştəri qəbul edə biləcəklər. 8 Martdan etibarən isə bütün ölkə miqyasındakı qida müəssisələri bu hüquqdan istifadə edəcəklər.

•Konfrans və treninqlər müvafiq protokola əməl edərək bu gündən bərpa olunacaq;

Oxşar