Koronavirusdan vəfat edən 21-ci pasiyent 80 yaşına qədər olan qadındır, onun ağır yanaşı xəstəlikləri var idi
Koronavirusdan vəfat edən 21-ci pasiyent 80 yaşına qədər olan qadındır. O, Kutaisidə “Bomond” klinikasında müalicə olunurdu.
Vəfat edən Batumidəndir. O, Acara yaşlılar evinin benefisiyarı idi. Pasiyentin ağır yanaşı xəstəlikləri – insultu, diabeti, ikitərəfli pnevmoniyası var idi.
Gürcüstanda koronavirusdan cəmi 21 pasiyent vəfat edib. O cümlədən biri – 60 yaşlı qadın dünən vəfat etdi.