Koronavirusdan sağalmış daha üç pasient Tbilisi İnfeksiya Xəstəxanasını tərk etdi
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusdan sağalmış daha üç pasient Tbilisi İnfeksiya Xəstəxanasını artıq tərk etdi.
Cəmi Tbilisi İnfeksiya Xəstəxanasında virusdan 22, ölkə miqyası ilə 26 pasient müalicə olunur.
“Ölkədə 130 hal var idi və axşam yalnız biri artdı, 131 təsdiq olunmuşdur. Buradan mərkəzimizə bu gün beş təsdiq olunmuş hal əlavə olundu. Bunlar yenilər deyillər, 130 mövcud olan halın hissəsidirlər. Bu mərhələdə təsdiq olunmuş 39 pasientimiz var. Birinci gündən bu günə qədər cəmi 59 pasientimiz olub. Buradan dünən axşam edilən testlə üç paientdə sağalma qeyd olundu və onlar gün ərzində mərkəzi tərk etdilər”, – Marina Ezuqbaiya bəyan etdi.