Koronavirusdan iki pasiyent Acarada, biri isə, Tbilisidə vəfat etdi
Tbilisi İnfeksiya Xəstəxanasının bokslaşdırma bölməsinin rəhbəri, Marina Endeladzenin məlumatına görə, koronavirusdan iki pasiyent Acarada, biri isə, Tbilisidə vəfat etdi.
Marina Endeladzenin bəyan etdiyinə görə, vəfat edənlərin yanaşı xəstəlikləri də var idi.
“Üç pasiyent vəfat etdi. Buradan ikisi Acarada 65 yaşlı və 70 yaşlı kişidir. Onların yanaşı xəstəlikləri var idi. Birinin şəkər diabeti, ikincisinin insultu, iki tərəfli pnevmoniyası var idi. Tbilisidə isə, 67 yaşlı qadın vəfat etdi. Onun da yanaşı xəstəliyi var idi və kəskin respirator sindromu inkişaf etdi”, – Endeladze bəyan etdi.