Koronavirusa yoluxanlar üçün yeni portal işə düşdü – https://er.moh.gov.ge/.
Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusu təsdiq olunan vətəndaşların imkanları var ki, portalda qeydiyyatdan keçsinlər. Qəbul olunan məlumat 112 tərəfindən öyrəniləcək və sonrakı monitorinq üçün ailə həkiminə veriləcək.
“Qeyd olunan portal Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarə Mərkəzi 112 və Səhiyyə Nazirliyi tərəfindən işlənib hazırlandı.
Yeni portalın tədbiq olunmasının məqsədi vətəndaşlar üçün əlavə kommunikasiya kanalının yaradılması və 112-ə edilən zənglərin azaldılmasıdır”, – Səhiyyə Nazirliyində bəyan edirlər.