Koronavirusa yoluxan iki yeni pasiyent yük avtomobilinin sürücüsüdür
Koronavirusa yoluxan iki yeni pasiyent yük avtomobilinin sürücüsüdür

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda aşkar edilən koronavirusun hər iki halı xaricdən daxil ediləndir.

Elə onun dediyinə görə, yeni pasiyentlər yük avtomobilinin sürücüsüdürlər.

“Son bir gün ərzində koronavirusun iki halı təsdiq olundu. Buna qədər 951 idi və indi 953 oldu. Sağlananların sayı iki ilə artdı və 830-u təşkil etdi.

İki yeni pasiyentin ikisi də yük avtomobilinin sürücüsüdür və hər ikisi də xaricdən daxil olub. Son iki həftədir ki, əsasən xaricdən daxil edilən hallar qeydə alınır və daxili yoluxmamız yoxdur, bu isə, ümudvericidir”, – Ezuqbaiya bəyan etdi.

Elə onun qeyd etdiyinə görə, Tbilisi İnfeksiya Xəstəxanası yeni pasiyent qəbul etməyib və burada yenə də 24 pasiyent müalicə olunur.