Nazirlər kabinetinin qərarı ilə, koronavirusa görə Ukraynada üç həftəlik karantin elan edildi. Bu barədə sosial şəbəkədə deputat Viktoriya Siumar yazır.
3 aprelə qədər təhsil müəssisələri bağlanacaq, 200-dən artıq insanın iştirak etdiyi kütləvi tədbirlər qadağan olacaq, idman və mədəni tədbirlər tamaşaçısız keçəcək.
Həmçinin bir neçə ölkə ilə avia gediş-gəliş məhdudlaşdırılacaq. Ali Rada işini adi rejimdə davam etdirəcək. Karantin Ukraynada sabahdan başlayacaq.
Ukraynada bu vaxt üçün koronavirusun bir halı təsdiq olunub.