Koronavirusa görə, İtaliya “qırmızı zona” elan edildi. Kütləvi tədbirlər bütün ölkə miqyası ilə qadağan edildi. Məlumatı “BBC” yayır.
İtaliya hökumətinin qərarı ilə, koronavirus ilə bağlı karantin tədbirləri bütün ölkə miqyası ilə yayılacaq.
İtaliya baş naziri, Cuzeppe Konte ölkə vətəndaşlarını evlərində qalmalarına çağırdı. İtaliya hökumət başçısının dediyinə görə, vətəndaşlar küçəyə yalnız işlərinə getməyə görə çıxa bilərlər.
İtaliya hakimiyyətinin yeni tədbirlərinə əsasən, tədris prosesi 3 aprelə qədər bütün ölkə miqyası ilə dayandırıldı. Yeni tənzimləmələr bu gündən qüvvəyə mindi.
9 martda yeni növ koronavirusdan İtaliyada 97 insan həlak oldu. Çindən sonra koronavirusdan ən çox ziyan İtaliyaya vuruldu.