Koronavirusa görə Britaniya Aviaxəttləri Çinlə birbaşa avia-reysləri dayandırdı
Koronavirusa görə Britaniya Aviaxəttləri Çinlə birbaşa avia-reysləri dayandırdı

Koronavirusa görə Britaniya Aviaxəttləri Çinlə birbaşa avia-reysləri dayandırdı.

Bu barədə məlumatı BBC yayır.

Qeyd olunan qərarı British Airways şirkəti, xarici İşlər Nazirliyi tərəfindən vətəndaşlara Çinə səyahət etməkdən baş qaçırdmaları üçün edilən müraciətdən sonra verdi.

British Airways -in Pekinə və Şanxaya gündəlik birbaşa avia-reysləri var.

“Yaranan problemdən dolayı istifadəçilərimizdən üzr istəyirik, ancaq ekipaj üzvlərimizin sağlamlığı bizim üçün prioritetdir” – deyilir aviaşirkətin bəyanatında.

Çində yayılan virus artıq 130 nəfərin ölümünə səbəb oldu.

Çindən başqa koronavirus yenə 16 ölkədə aşkarlandı.

Yayılan məlumata görə, Çində virusun yayıldığı zonada 300-ə qədər Britaniya vətəndaşı var.

Avstraliya isə, Çindən gələn 600 vətəndaşını iki həftəlik karantinə salıb.