Koronavirusa qarşı vaksinlə peyvənd infeksiyanın keçirilməsindən 30 gün sonra mümkün olacaq
Koronavirusa qarşı vaksinlə peyvənd infeksiyanın keçirilməsindən 30 gün sonra mümkün olacaq

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamrelidzenin bəyan etdiyinə görə, koronavirusa qarşı vaksinlə peyvənd infeksiyanın keçirilməsindən 30 gün sonra mümkün olacaq.

Bu barədə Amiran Qamğrelidze koordinasiya şurasının iclasından sonra keçirilən mətbuat konfransında bəyan etdi.

“Bildiyiniz kimi, yoluxmadan peyvənd üçün 120 gün verilir. Bu həftə bu dəyişəcək və 30 günə qədər azalacaq. Buna görə, hamının imkanı olacaq ki, sürətlə peyvənd olunsun. Güman edildiyinə görə, nazirin əmrinə bu həftə imza atılacaq”, – Amiran Qamğrelidze bəyan etdi.