Koronavirusa qarşı vaksinasiya qeydiyyatına bu gündən Ədliyyə Evləri qoşulacaqlar
Koronavirusa qarşı valsinasiya üzrə qeydiyyatdan vətəndaşlar bu gündən Ədliyyə Evlərində və İctimai Mərkəzlərdə də keçə biləcəklər.
Ədliyyə Nazirliyinin məlumatına görə, yeni servisin tədbiq edilməsi prosesi ilə Tbilisi Ədliyyə Evində Ədliyyə nazirinin müavini, Tamar Tğeşelaşvili və Səhiyyə nazirinin müavini, Tamar Qabuniya tanış oldular.
Elə onların məlumatına görə, koronavirusa qarşı valsinasiya üzrə qeydiyyatdan keçmək arzusunda olanlar Ədliyyə Evlərinə və İctimai Mərkəzlərə getməli və ya 2 405 405 telefon mərkəzinə zəng etməlidilər. Servisdən istifadə iralcədən sifariş etmədən mümkündür.
İstifadəçilər vaksinasiyaya qeydiyyatdan yaxınları və ailə üzvlərinə də keçirə bilərlər.
Servis bazar ertəsindən cümə günü də daxil olmaqla saat 09:00-dan saat 18:00 qədər Ədliyyə Evlərinin və İctimai Mərkəzlərin bütün filiallarında mümkündür. Şənbə bazar isə, saat 10:00-dan saat 17:00-a qədər Tbilisi və Batumi Ədliyyə Evləri xidmət edəcəklər.