Koronavirus səbəbilə vəfat edən onuncu pasiyent, 45 yaşlı qadındır və o Qori Hərbi Klinikasında müalicə olunurdu.

 

Koronavirus səbəbilə vəfat edən onuncu pasiyent, 45 yaşlı qadındır.

O,  Qori Hərbi Klinikasında müalicə olunurdu.

Pasienti Qori Hərbi Hospitalına virus infeksiyası simptomları ilə martın 29-da Birinci Universitet Klinikasından köçürmüşdülər.

Hospitalın verdiyi məlumata əsasən, vəfat edən şəxs ağır xəstəliklərdən əziyyət çəkirdi.

“Luqari araşdırma mərkəzində keçirilmiş PCR testi nəticəsində həmin pasiyentdə Kovid – 19 təsdiqləndi. Pasiyent ağır xəstəliklərdən – Arterial hipertenziya  və universal piylənmədən əziyyət çəkirdi. Keçirilmiş kompüter tomoqrafiyası nəticəsində ikitərəfli pnevmoniya qeydə alındı, daha sonra aşkarlanan xəstəliklər nəticəsində pasiyentin vəziyyəti kritik olaraq qiymətləndirildi. Pasiyent reanimasiya və intensiv terapiya bölməsində müalicə olunurdu. Lakin, virus nəticəsində yaranan müxtəlif xəstəliklərin çətinləşməsi ilə, həkimlərin cəhdlərinə baxmayaraq, bioloji ölüm qeydə alındı”, – deyə hospital tərəfindən yayılan məlumatda qeyd olunur.

Müvafiq olaraq Gürcüstanda koronavirus səbəbilə onuncu pasiyent vəfat etdi.

Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Veb səhifədəki məlumata görə, koronavirus səbəbi ilə ölkədə 10 pasiyent dünyasını dəyişib

Bu vaxt üçün Gürcüstanda koronavirusa 623 yoluxma halı təsdiqlənib, onlar arasında 288 nəfər sağalıb.

Bununla yanaşı , xaricdən 3 Gürcüstan vətəndaşı ölkəyə müalicə edilmək məqsədi ilə gətirilib.

4723 nəfər karantin rejimindədir, 446 nəfər isə stasionarda müşahidə altındadır.