Koronavirus pandemiyasına görə, Yaponiya daha 18 ölkənin, o cümlədən Gürcüstanın vətəndaşlarına ölkəyə daxil olmağı qadağan etdi
Yaponiya daha 18 ölkənin, o cümlədən Gürcüstanın vətəndaşlarına ölkəyə daxil olmağı müvəqqəti qadağan etdi.
“Capan Taymsın” yazdığına görə, müvafiq qərarı hökumət dünyada “COVID-19” hallarının artmasına görə qəbul etdi.
Siyahıya Kuba, Qvatemala, Əlcazair, Senegal, İraq, Yamayka, Liban və Gürcüstan düşdü.
Ümumilikdə hazırda Yaponiyada daxil olmaq 129 ölkənin vətəndaşına və bu ölkələrdə son 14 gün ərzində olan vətəndaşlara qadağan edilib.