Koronavirus müxtəlif əşyaların üstündə nə qədər vaxt yaşaya bilir — yeni tədqiqat
Yeni tədqiqata görə, əgər koronavirus (rəsmi adı COVID-19) öz ailəsinin digər nümayəndəsi olan viruslara bənzəyirsə, cansız obyektin üstündə bir həftə yaşaya bilər.
ABŞ-ın xəstəliklər və prevensiya mərkəzinin bəyanatına görə, insanın əşyadaki koronavirusla infeksiyaya yoluxub-yoluxa bilməyəcəyi hələlik dəqiq bilinmir.
COVID-19 haqqında hələ çox az məlumat var və bəzi cavabları almaq üçün tədqiqatçılar ona bənzər digər SARS və MERS viruslarını öyrənirlər.
Qeyd olunan viruslar üzrə keçirilən tədqiqatlar göstərirlər ki, onlar cansız obyektin üstündə 9 gün yaşaya bilirlər.
Məsələn, bu viruslar alyumin, taxta, kağız, plastmass və şüşə üstündə ən az 5-5 gün sağ qala bilirlər.
Heyvanların yoluxduqları bəzi viruslar isə, həmin mühitdə, 28 gün belə sağ qala bilirlər.
Tədqiqatın müəllifləri xəstəxanalara müraciət edirlər ki, müxtəlif obyektlərin üstü peroksid və etanolla dezinfeksiya edilsin.
Ancaq, tədqiq edilən virusların heç biri COVID-19 deyil və insanı əli ilə viruslu əşyaya toxunduqdan sonra xəstələnib-xəstələnmədiyi haqda dəqiq məlumat yoxdur.
MERS və SARS virusları əsasən, xəstə insan asqırdıdan sonra yayıla bilir.
Bütün bunlardan irəli gələrək, koronavirusdan qorunmasının ən doğru yolu, ətrafdakı əşyaların dezinfeksiyası və əllərin tez-tez yuyulmasıdır.
Tədqiqatın tam versiyası Journal of Hospital Infection-da yayılıb.