Koronavirus ilə bağlı xaricə işçi ezamiyyətlər və təhsil səfərləri məhdudlaşdırılır
Baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi ilə koronavirusla bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurası növbəti iclasını keçirdi.
Hökumət administrasiyasının məlumatına görə, hökumət başçısı Gürcüstanda koronavirusa yoluxmuş 15 nəfərin sağlamlıq durumu və dünyada mövcud epidemiologiya vəziyyəti barəsində məlumat dinlədi. İclasda qeyd olundu ki, virusa yoluxan pasientlərin sağlamlıq durumu qənaətbəxşdir. Pasientlərə müvafiq müalicə edilir.
Koordinasiya şurasına məlumat verildi ki, bu mərhələdə karantində 141 insan qalmaqdadır, satasionar müşahidə altında isə, 51 insandır.
Hökumət administrasiyasının məlumatına görə, ölkədə koronavirusun yayılmasının prevensiyası çərçivəsində şura üzvləri yeni qərar qəbul etdilər: dövlət idarələrinə sərt rekomendasiya verildi ki, xaricə işçi ezamiyyətlər maksimal olaraq məhdudlaşdırılsın. Qeyd olunan rekomendasiya təhsil səfərlərinə də aiddir.