Koronavirus hallarının artmasına görə, Maltada gecə klubları və barlar bağlanacaq
Koronavirus hallarının artmasına görə, Maltada gecə klubları və barlar bağlanacaq

Koronavirus hallarının artmasına görə, Maltada gecə klubları və barlar bağlanacaq. Bu barədə ölkənin Səhiyyə naziri bəyan etdi.

Qardianın” məlumatına görə, qadağa 19 avqustdan qüvvəyə minəcək və həmçinin, idman zallarına və sosial klublara aid olacaq.

Kütləvi toplantılar da qadağan ediləcək. Bir yerdə yalnız 15 insan toplana bilər.

Maltada son bir neçə gün ərzində virusun yeni hallarının sayı artır. Hazırda “COVID-19” virusu diqanozu ilə müalicəsini 607 pasiyent davam etdirir.

Ölkədə epidemiyanın başlamasından biu günə qədər virusun cəmi 1 375 halı aşkar edilib, doqquz insan vəfat edib.