Koronavirus hallarının artması ilə bağlı 112 bəyanat yayır
Koronavirus hallarının artması ilə bağlı 112 bəyanat yayır

Gürcüstanda koronavirusa yoluxanların sayının artması ilə əlaqədar Daxili İşlər Nazirliyinin 112 İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə müraciət edənlərin sayı artıb, – bu barədə 112-nin məlumatında deyilir.

“112 pandemiyanın başlandığı gündən koronavirusla mübarizə prosesində fəal iştirak edir və hər bir vətəndaşın vaxtında və yüksək xidmətlər alması üçün xüsusi rejimdə işləyir. 112-də 24 saat ərzində ünvanlı olmayan və məlumat xarakterli zənglərin 35%-ə qədəri qeydə alınır ki, bu da iş prosesinə mane olur.

Xahiş edirik, yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirəsiniz və 112-yə məqsədsiz zəng etməyəsinz.

Təxirə salınmayan hallar zamanı, əngəllər olamadan zənglər üçün 112 üç kanala bölündü:

112 – Təcili tibbi yardım;

112 1 – Polis və Yanğınsöndürmə-xilasetmə Xidməti;

112-2 -Covid-19.

Vətəndaş Covid-19 virusu laboratoriya təsdiqii halında 112-2 nömrəsinə zəng edə və ya portalda qeydiyyatdan keçə bilər: https://er.moh.gov.ge/.

112 tərəfindən təsdiqlənən Covid-19 halları əlavə monitorinq üçün ailə həkimlərinə göndəriləcək.

Əgər 48 saat ərzində ailə həkiminiz zəng etmdisə, Mərkəzi Onlayn Klinikanın 1522 nömrəsinə, özəl sığorta ilə bağlı isə, sığorta şirkətinizin qaynar xəttinə zəng edə bilərsiniz”, – məlumatda qeyd olunur.