Koronavirus hallarına görə, Tbilisidə "Qızıl Birja" müvəqqəti bağlandı
Koronavirus hallarına görə, Tbilisidə “Qızıl Birja” müvəqqəti bağlandı, – bu barədə Gürcüstanın Birinci Kanalına “Qızıl Birjanın” direktoru, Eter Ğipiani bəyan etdi.
Ğipianinin bəyan etdiyinə görə, planlı yoxlama zamanı 40 virusa yoluxmuş aşkar edildi, buna görə də, administrasiya müvəqqəti bağlama qərarını verdi.
“Xüsusi heçnə baş vermir. Biz iki həftədə bit test edirik və indi çoxlu yoluxmuş aşakr edildi. Buna görə, düşündük bir həftə bağlayaq ki, virusu olanlar sağalsınlar. Əgər daha kiminsə varsa, bir həftədə görünəcək. Ümumilikdə 500-ə qədər əməkdaşımız var. Dünən 40 nəfərdə aşkar edildi. Başqalarının soyuqalma simptomları var. Biz müəyyən edə bilmərik kimin hansı infeksiyası var. Buna görə hesab etdik ki, birjanı bir həftəliyinə bağlayaq. Ayın birində açılacağıq. Testləri əməkdaşlar gətirəcəklər ki, sağalablar”, – Ğipiani bəyan etdi.