Koronavirus Giorgi Qaxariyanın mühafizəsi əməkdaşında təsdiq olundu
Koronavirus Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın mühafizəsi əməkdaşında təsdiq olundu,- bu barədə hökumət administrasiyasının mətbuat xidmətində bəyan edirlər.
Baş nazir, Giorgi Qaxariya izolasiyaya keçdi. Baş nazirin “feysbuk” sosial şəbəkəsində yazdığına görə, dünən bütün günü uzun müddətli əlaqəsi olduğu əməkdaşında, məqsədyönlü seçimli testləşdirmə zamanı koronavirus müəyyən edildi.