Kordinasiya Şurası Tbilisi və Rustavinin açılması ilə bağlı qərarı həftənin sonuna kimi verəcək
Baş nazir Qiorqi Qaxarianın rəhbərliyi ilə Qurumlararası Kordinasiya Şurasının iclası video konfrans formatında keçiriləcək.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, şura üzvləri təyin olunmuş məhdudiyyətlərin ləğvi prosesi haqqında müzakirə ediblər. Onlar arasında Batumi və Kutaisiyə giriş-çıxış üzrə təyin olunmuş məhudiyyətlərin ləğv olunması var.
Bununla, iclasda qeyd olundu ki, fəaliyyətlərini bərpa edən obyektlərdə Səhiyyə Nazirliyi tərəfindən verilmiş rekomendasiyalara əməl edilməsi prosesi aktiv şəkildə nəzarət olunacaq.
Baş nazir qey etdi ki, iqtisadiyyatın bərpa olunması məsələsi daha da aktuallaşır və onun həlli təxirə salınmamalıdır.
Bununla yanaşı, Baş nazirin Mətbuat Xidmətindən verilən məlumata əsasən,Qurumlararası Koordinasiya Şurasının iclasında xaricdəki Gürcüstan vətəndaşlarının vətənə qaytarılması prosesinin davam etidirildiyi qeyd olunub. Xİ naziri, Davit Zalkalianinin verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının rekomendasiyalarına müvafiq olaraq həyata keçirilən xüsusi reyslər nəticəsində vətənə artıq 9 min 630 nəfər qayıdıb,18 min 857 nəfərə isə Gürcüstanın Diplomatik Nümayəndəlikləri yerindəcə yardım göstəriblər.
İclasda həmçinin , bu gün ölkədəki epidemioloji vəziyyəti müzakirə ediblər.Bu günə olan göstəricilərə əsasən, Gürcüstanda yeni növ koronavirusa 604 yoluxma halı qeydə alınır,onlardan 240-ı sağalıb.Xaricdən müalicə edilmək məqsədi ilə Gürcüstana 3 ölkə vətəndaşı gətirilib.9 nəfər dünyasını dəyişib.Yoluxmuş şəxslər müvafiq şəkildə müalicə olunurlar.Bu mərhələdə 4919 nəfər karantindədir,497 nəfər isə stasionarda müşahidə altındadır. Mətbuat Xidmətindən qeyd olunub ki, Qurumlararası Koordinasiya Şurası əlaqələndirilmiş addımlar atmaq məqsədi ilə,baş nazirin rəhbərliyi ilə,intensiv şəkildə iclasları davam etdirir.Şuranın fəaliyyətində Archil Talakvadzenin rəhbərliyi ilə Gürcüstan parlamenti və prezident administrasiyası da iştirak edir.