Koordinasiya Qərargahı - Bu gün könüllülərin özlərinə kömək etmək üçün xilasetmə işlərinin lazım olduğu bir neçə halla qarşılaşdıq, hər kəsdən qərargah olmadan fəaliyyət planlaşdırmamağı xahiş edirik
Koordinasiya Qərargahı - Bu gün könüllülərin özlərinə kömək etmək üçün xilasetmə işlərinin lazım olduğu bir neçə halla qarşılaşdıq, hər kəsdən qərargah olmadan fəaliyyət planlaşdırmamağı xahiş edirik

 
Bu gün könüllülərin özlərinə kömək etmək üçün ağır texnikadan istifadənin və xilasetmə işlərinin lazım olduğu bir neçə halla qarşılaşdıq. Hər kəsdən koordinasiya qərargahı olmadan fəaliyyət planlaşdırmamağı və qərargahın işinə maneə olmamağı xahiş edirik – bu haqda Quriyanın Regional Administrasiyasında güclü qar yağması ilə əlaqədar yaradılmış koordinasiya qərargahının bəyanatında qeyd olunub.

Bəyanatda qeyd edildiyi kimi, dövlət Qərbi Gürcüstanda, xüsusən də Quriya və Acarada əhaliyə kömək etmək üçün hər şeyi edir.

“Bildiyiniz kimi, təbii fəlakətlə əlaqədar Qərbi Gürcüstanda, xüsusən də Quriya və Acara bölgələrində vəziyyət kifayət qədər ağırdır. Dövlət əhaliyə kömək etmək üçün hər şeyi edir, o cümlədən maksimum insan resursları və ağır texnika səfərbər edilib, prioritetlərin müəyyənləşdirilməsi və müvafiq istiqamətdə tapşırıqların bölüşdürülməsi prosesi gedir. Belə ağır vəziyyətdə əsasən sosial şəbəkə vasitəsilə yanlış məlumatın yayılması əlavə olaraq böyük problemlər yaradır. Yanlış məlumat isə əhali arasında əsassız panika və çaşqınlıq yaradır, eləcə də koordinasiya qərargahının işinə xeyli maneə olur. Qərargahla koordinasiya olmadan könüllü təşəbbüslərin ortaya çıxması olduqca əks-məhsuldardır, çünki bu gün könüllülərin özlərinə kömək etmək üçün ağır texnikadan istifadənin və xilasetmə işlərinin lazım olduğu bir neçə halla qarşılaşdıq. Hər kəsdən koordinasiya qərargahı olmadan fəaliyyət planlaşdırmamağı, qərargahın işinə maneə olmamağı, son nəticədə vətəndaşlara yardım göstərilməsi prosesinə nəinki kömək edən, hətta müvafiq xidmətlərə böyük maneələr yaradan yoxlanılmamış məlumatı yaymamağı xahiş edirik” – Koordinasiya Qərargahının bəyanatında deyilir.