Konstitusiya Məhkəməsi Salome Zurabişvili və müxalifətin 30 nümayəndəsinin 26 oktyabr seçkiləri ilə əlaqədar iddialarını icraata qəbul etməyib
Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvili və müxalifətin 30 nümayəndəsinin 26 oktyabr seçkiləri ilə əlaqədar iddialarını icraata qəbul etməyib.
Konstitusiya Məhkəməsinin Plenumu müvafiq qərarı bu gün dərc edib.
Xüsusilə, plenumun qərarında deyilir:
“1. №1848 və №1849 konstitusiya iddiaları mahiyyətcə baxılması üçün qəbul edilməsin (Gürcüstan Prezidentinin Gürcüstanın parlament və Acara Muxtar Respublikasının Ali Şurasının seçkilərini tənzimləyən normalar və bu normalar əsasında keçirilmiş 2024-cü ilin 26 oktyabr seçkilərinin konstitusiyaya uyğunluğu ilə bağlı konstitusiya iddiası və Gürcüstan Parlamentinin üzvlərinin (Tamar Kordzaia, Levan Bejashvili, Qiorqi Botkoveli) və başqaları (cəmi 30 üzv)) Gürcüstanın parlament seçkilərini tənzimləyən normalar və bu normalar əsasında keçirilmiş 2024-cü ilin 26 oktyabr seçkilərinin konstitusiyaya uyğunluğu ilə bağlı konstitusiya iddiası).
2. Yekun hökmdür, şikayət edilə və ya yenidən baxıla bilməz.
3. Şikayət tələbinin xaricdə olan seçicilərin seçkilərdə iştirakının əlçatanlığına aid olan hissəsində №1848 və №1849 konstitusiya iddialarının mahiyyətcə baxılması üçün qəbul edilməsindən imtina edilməsi haqda hakim Qiorqi Kverençxiladzenin fərqli fikri hökmə əlavə edilsin.
4. Şikayət tələbinin səsvermənin gizliliyinə və xaricdə olan seçicilərin seçkilərdə iştirakının əlçatanlığına aid olan hissəsində №1848 və №1849 konstitusiya iddialarının mahiyyətcə baxılması üçün qəbul edilməsindən imtina edilməsi haqda hakim Teimuraz Tuğuşinin fərqli fikri hökmə əlavə edilsin.
5. Qərar 15 gün müddətində Gürcüstanın Konstitusiya Məhkəməsinin internet səhifəsində dərc olunsun, tərəflərə və “Gürcüstanın qanunvericilik carçısına” göndərilsin” – plenumun qərarında qeyd olunub.
Bununla yanaşı, yekun hökmdür, şikayət edilə və ya yenidən baxıla bilməz.
Bundan əlavə, Konstitusiya Məhkəməsinin məlumatına əsasən, hökmə hakimlər Qiorqi Kverençxiladzenin və Teimuraz Tuğuşinin fərqli fikirləri əlavə edilcək.