Konstitusiya Məhkəməsi beş siyasi partiyanın konstitusiyaya zidd olaraq tanınması və qadağan edilməsi haqqında iddianın baxılmasını bu gün bərpa edəcək

10:25, 10.11.2026

 

Gürcüstanın Konstitusiya Məhkəməsi beş siyasi partiyanın konstitusiyaya zidd olaraq tanınması və qadağan edilməsi haqqında iddianın baxılmasını bu gün bərpa edəcək. Mahiyyəti üzrə baxış iclası saat 12:00-da başlayacaq.

Konstitusiya Məhkəməsinin yaydığı bəyanatda qeyd olunduğu kimi, noyabrın 9-u saat 14:00-a təyin edilmiş mahiyyəti üzrə baxış iclası hakimlərdən birinin sağlamlıq vəziyyətinə görə təxirə salınıb.

Onların məlumatına əsasən, iclaslar noyabrın 11-i, 12-si və 13-də saat 11:00-da davam etdiriləcək.

“Noyabrın 9-u saat 14:00-a təyin edilmiş mahiyyəti üzrə baxış iclası “Gürcüstan Parlamentinin üzvlərinin (ümumilikdə 88 üzvün) siyasi partiyaların (“Vahidlik – Milli Hərəkat”, “Dəyişiklik Naminə Koalisiya Qvaramia Melia Qirçi Droa”, “Güclü Gürcüstan – Lelo, Xalq Naminə, Azadlıq üçün!”, “Federalist Partiyası”, “Qaxaria Gürcüstan Naminə”) fəaliyyətinin konstitusiyaya uyğunluğu və qadağan edilməsi məsələsi haqqında konstitusiya iddiası” (№1979 nömrəli konstitusiya iddiası) işi ilə əlaqədar hakimlərdən birinin sağlamlıq vəziyyətinə görə təxirə salınıb və qeyd olunan iclas noyabrın 10-u saat 12:00-da bərpa olunacaq. İclaslar noyabrın 11-i, 12-si və 13-də saat 11:00-da davam etdiriləcək” – Konstitusiya Məhkəməsinin bəyanatında deyilir.

Məlumat üçün bildirək ki, Konstitusiya Məhkəməsi oktyabrın 21-dən “Gürcü Arzusu”nun “Milli Hərəkat“, “Dəyişiklik Naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Federalistlər”, “Qaxaria Gürcüstan Naminə”nin fəaliyyətinin konstitusiyaya zidd olaraq tanınmasını və onların qadağan edilməsini tələb edən konstitusiya iddiasına baxır.

Oxşar