Konstitusiya Məhkəməsi beş siyasi partiyanın fəaliyyətinin konstitusiyaya uyğunluğu və qadağan edilməsi haqqında iddianın mahiyyəti üzrə baxılması ilə əlaqədar məlumat yayır
Gürcüstan Konstitusiya Məhkəməsi beş siyasi partiyanın fəaliyyətinin konstitusiyaya uyğunluğu və qadağan edilməsi haqqında iddianın mahiyyəti üzrə baxılması ilə əlaqədar məlumat yayır.
Konstitusiya Məhkəməsi tərəfindən yayılmış məlumatda qeyd olunduğu kimi, “Gürcüstan Parlamentinin üzvlərinin (ümumilikdə 88 üzvün) siyasi partiyaların (“Vahidlik – Milli Hərəkat”, “Dəyişiklik Naminə Koalisiya Qvaramia Melia Qirçi Droa”, “Güclü Gürcüstan – Lelo, Xalq Naminə, Azadlıq üçün!”, “Federalist Partiyası”, “Qaxaria Gürcüstan Naminə”) fəaliyyətinin konstitusiyaya uyğunluğu və qadağan edilməsi məsələsi haqqında konstitusiya iddiası” (№1979 nömrəli konstitusiya iddiası) işi ilə əlaqədar mahiyyəti üzrə 2026-cı ilin oktyabrın 21-i, 22-si və 23-də saat 12:00-da Gürcüstan Konstitusiya Məhkəməsində məhkəmə iclası keçiriləcək.
“Konstitusiya iddiasının müəlliflərinin fikrincə, konstitusiya iddiasında göstərilən beş siyasi partiyanın hamısı tərəfindən Gürcüstan Konstitusiyasının 23-cü maddəsinin 3-cü bəndinin birinci cümləsinin pozulması aydın şəkildə təsdiqlənir, bu da bir tərəfdən Gürcüstanın konstitusiya quruluşunu devirmək və zorakılıqla dəyişdirmək cəhdində artıq ifadə olunub, digər tərəfdən isə Gürcüstanın konstitusiya quruluşunu devirmək və zorakılıqla dəyişdirmək kimi gələcək məqsədin olmasında özünü göstərir.
Konstitusiya iddiasına əsasən, “Vahidlik – Milli Hərəkat”a münasibətdə fəaliyyətin konstitusiyaya uyğunluğunun qiymətləndirilməsi hissəsində həmçinin ölkənin müstəqilliyinə qəsd edilməsi və ərazi bütövlüyünün pozulması üzrə konstitusiya əsasları əlavə olaraq aktualdır. Daha konkret şəkildə, 1979 nömrəli konstitusiya iddiasının müəllifləri arqumentasiyanı bir neçə istiqamətdə inkişaf etdirirlər: Gürcüstanın konstitusiya quruluşunun devrilməsi və zorakılıqla dəyişdirilməsi, bu da mübahisəli siyasi partiyalar və ya onların üzvləri tərəfindən insan hüquqlarının sistemli və müntəzəm pozulmasında, eləcə də ümumi seçkilər yolu ilə seçilmiş orqanların və vəzifəli şəxslərin legitimliyini tanımaqdan imtina edilməsində və Gürcüstanın konstitusiya quruluşunu devirmək və ya zorakılıqla dəyişdirmək cəhdlərində ifadə olunub; Gürcüstanın müstəqilliyinə qəsd edilməsi, ölkənin ərazi bütövlüyünün pozulması isə 2008-ci ilin avqust müharibəsi ilə bağlı və 2012-ci ildən sonra inkişaf edən hadisələrdə ifadə olunub.
Eyni zamanda, iddiaçı tərəfin mövqeyinə əsasən, cavabdeh siyasi partiyalar 2016-cı ildən bəri fasiləsiz rejimdə Gürcüstanın mövcud hakimiyyətinin və hakim siyasi partiyanın həm daxili, həm də xarici siyasi legitimliyini və müvafiq olaraq onun konstitusiyaya uyğunluğunu inkar edirlər, onların qeyri-konstitusion məqsədlərinin vəhdətini isə aşağıdakı hallar təsdiqləyir: onlar ümumi seçki yolu ilə seçilmiş orqanlarda, Gürcüstanda gedən siyasi proseslərdə və o cümlədən Gürcüstan dövlətinə qarşı aparılan sabotajda illər ərzində keyfiyyətcə eyni mövqedən çıxış edirdilər, ümumi məqsədlə hərəkət edən koalisiya birliyi yaradırdılar və bu gün də belə hərəkət edirlər; cavabdeh siyasi partiyaların keçmiş və ya hazırkı rəhbər şəxsləri “Vahidlik – Milli Hərəkat”ın və ya onun iştirakı ilə yaradılmış seçki blokunun təqdimatı ilə Gürcüstan Parlamentinin müxtəlif çağırışlarının üzvləri seçiliblər, “Vahidlik – Milli Hərəkat”da müxtəlif partiya vəzifələri tutublar, “Vahidlik – Milli Hərəkat”ın ölkəni idarə etdiyi dövrdə (2004–2012-ci illərdə) müxtəlif mühüm vəzifələr (o cümlədən siyasi vəzifə, dövlət-siyasi vəzifəsi) tutublar və/və ya həmin dövrdə “Vahidlik – Milli Hərəkat” onların yardımı və iştirakı ilə insan hüquqlarını pozub.
Bütün yuxarıda qeyd olunanlardan irəli gələrək, iddiaçı tərəf hesab edir ki, konstitusiya iddiasında təqdim olunan müvafiq faktlar və arqumentlər, Gürcüstan Konstitusiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yanaşmaları nəzərə alınmaqla, birlikdə qeyri-konstitusion siyasi partiyaların qadağan edilməsi üçün möhkəm konstitusiya əsası yaradır, bu səbəbdən də iddiaçı tərəf – Gürcüstan Parlamentinin üzvləri – Gürcüstan Konstitusiyasının 23-cü maddəsinin 3-cü bəndinin birinci cümləsindən və 4-cü bəndindən irəli gələrək, Gürcüstan Konstitusiya Məhkəməsinin cavabdeh siyasi partiyaların fəaliyyətini konstitusiyaya zidd olaraq tanımasını və onları qadağan etməsini tələb edir.
İşə mahiyyəti üzrə Gürcüstan Konstitusiya Məhkəməsinin Plenumu baxır.
Mübahisənin mövzusu: Siyasi partiyaların (“Vahidlik – Milli Hərəkat”, “Dəyişiklik Naminə Koalisiya Qvaramia Melia Qirçi Droa”, “Güclü Gürcüstan – Lelo, Xalq Naminə, Azadlıq üçün!”, “Federalist Partiyası”, “Qaxaria Gürcüstan Naminə”) fəaliyyətinin konstitusiyaya zidd olaraq tanınması və onların qadağan edilməsi” – Gürcüstan Konstitusiya Məhkəməsinin yaydığı məlumatda qeyd olunur.