Konstitusiya iddiasının müzakirəsi
Sabiq hakim partiya hakimlərin tənqidi sualları qarşısında – Konstitusiya Məhkəməsində səs-küylü proses davam edir.
Etiraz nümayişləri zamanı baş vermiş zorakılıq insidentlərinə görə məsuliyyət hiss edirlərmi yoxsa yox? – hakimlərin bugünkü sualları əsasən son illərdə keçirilən aksiyalarla bağlı olub. Diqqət 4 oktyabr hadisələrinə yönəldilib. Eva Qotsiridze partiyaların qadağan edilməsi ilə bağlı iddiaya baxan plenumda qalır. “Milli Hərəkat”ın hakimin kənarlaşdırılması ilə bağlı vəsatəti təmin olunmayıb. Məhz Qotsiridze əvvəlki hakimiyyət dövründə törədilmiş cinayətlər və səs-küylü işlərlə bağlı kifayət qədər tənqidi suallar verib və bu işlərdə partiyanın məsuliyyətinin ortaya çıxıb-çıxmadığı ilə maraqlanıb, bu da qarşı tərəfin qıcıqlanmasına və etirazına səbəb olub.