Konstantine Kvaçakidze etimadnaməsini Slovakiya Respublikasının Prezidentinə təqdim edib
Konstantine Kvaçakidze etimadnaməsini Slovakiya Respublikasının Prezidentinə təqdim edib

 

Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Konstantine Kvaçakidze etimadnaməsini Slovakiya Respublikasının Prezidenti Peter Peleqriniyə təqdim edib. Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Etimadnamələrin təqdim edilməsi mərasimindən sonra Gürcüstanın səfiri ilə Slovakiya Prezidenti arasında ikitərəfli görüş keçirilib.

Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər. Slovakiya Prezidenti bir daha Slovakiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də ölkənin Avropa istəklərinə dəstəyini təsdiqləyib.