Konfrans Liqasının əsas mərhələsində Tbilisinin „İberiya“ klubunun rəqibləri məlum olub #1TVSPORT

17:06, 28.08.2026

Konfrans Liqasının əsas mərhələsində Tbilisinin „İberiya“ klubunun rəqibləri müəyyənləşib.
UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanan 36 komanda 6 qrupa bölünüb. „İberiya“nın rəqibləri bunlar olacaq:
„Kopenhagen“ (Danimarka), „Srvena Zvezda“ (Serbiya), „Xetafe“ (İspaniya), „Sent-Truiden“ (Belçika), „Yablonets“ (Çexiya), „Miyalbi“ (İsveç).
Gürcüstan çempionu „Srvena Zvezda“, „Xetafe“ və „Miyalbi“ni Tbilisidə qəbul edəcək, „Kopenhagen“, „Sent-Truiden“ və „Yablonets“lə oyunları isə səfərdə keçirəcək.
Oyunların keçiriləcəyi tarixlər daha sonra dəqiqləşdiriləcək.
Beləliklə, Gürcüstan çempionu heyətində gürcü futbolçuların çıxış etdiyi iki komanda ilə də qarşılaşacaq: „Xetafe“də Saba Sazonov, „Yablonets“də isə Vaxtanq Çanturişvili çıxış edir.

Oxşar