"Kommersant" - Rusiyanın bölgələrində ehtiyatda olan hərbçilərin kütləvi şəkildə hərbi xidmətə çağırılması başlayıb, onlar kritik əhəmiyyət daşıyan obyektləri qoruyacaqlar
"Kommersant" - Rusiyanın bölgələrində ehtiyatda olan hərbçilərin kütləvi şəkildə hərbi xidmətə çağırılması başlayıb, onlar kritik əhəmiyyət daşıyan obyektləri qoruyacaqlar

 

“Kommersant” rus nəşrinin məlumatına əsasən, Rusiyanın bölgələrində ehtiyatda olan hərbçilərin kütləvi şəkildə hərbi xidmətə çağırılması başlayıb. Media, onların kritik əhəmiyyət daşıyan obyektləri qoruyacaqları haqda məlumat verir.

“Kommersant”ın yazdığı kimi, Rusiya Federasiyasına daxil olan 20-dən çox subyektdə müvafiq işlərə artıq başlanılıb.

Nəşrin məlumatına əsasən, ehtiyatda olan hərbçilərin ixtisaslaşmış bölmələrinin yaradılması Rusiya Prezidenti tərəfindən müvafiq fərmanın imzalanmasından əvvəl başlayıb. Medianın yazdığı kimi, məsələn, neft obyektlərini qorumaq üçün ehtiyatda olan hərbçilərin toplanması Tatarıstanda oktyabrda başlayıb, noyabrın əvvəlində isə ilk bölmə artıq təlimlərə başlayıb.

Bijeqorod vilayətində də ehtiyatda olan hərbçilərin hazırlığı artıq başlayıb. “Kommersant”ın məlumatına əsasən, yeni qanunda ehtiyatda olan hərbçilərin yalnız öz bölgələrində xidmət etməsi barədə qeyd yoxdur.

Məlumat üçün bildirək ki, Rusiya Prezidenti tərəfindən noyabrın 4-də imzalanan qanun ehtiyatda olan hərbçilərin sülh dövründə də hərbi xidmətə çağırılmasına imkan verir. Bu qanun könüllü olaraq ehtiyatda olmağa razı olan insanlara şamil edilir.