Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə yüksəlib, 500-ə yaxın insan itkin düşmüş hesab olunur
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə yüksəlib, yaralananların sayı isə 3 500-ə çatır. Bu barədə “Reuters” məlumat yayıb.
Kolumbiya prezidenti Abelardo de la Espriellanın sözlərinə görə, zəlzələdən sonra 500-ə yaxın insan itkin düşmüş hesab olunur.
Abelardo de la Espriellanın bildirdiyinə görə, zəlzələ nəticəsində 11 300-dən çox ev dağılıb, 53 500-dən çox ev isə zərər görüb.
Xatırladaq ki, avqustun 10-da Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib və bundan sonra ölkə üzrə fövqəladə vəziyyət elan edilib.