Kolumbiyada məktəb avtobusu dərəyə aşıb, 17 nəfər həlak olub və 20 nəfər yaralanıb
Kolumbiyada məktəb avtobusu dərəyə aşıb, 17 nəfər həlak olub və 20 nəfər yaralanıb

 

Kolumbiyada məktəb avtobusu dərəyə aşıb. Yol qəzası nəticəsində 17 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Hadisə Şimali Kolumbiyada, Remedios və Saraqosanı birləşdirən yolda baş verib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Antiokiya bölgəsinin qubernatoru Andre Xulianın məlumatına əsasən, avtobus məktəb şagirdlərini ekskursiyadan gətirirmiş. Şagirdlər məktəbi bitirmələrini qeyd edirlərmiş.

Məktəb rəhbərliyi tədbirin rəsmi olmadığını və şagirdlərin özləri tərəfindən təşkil edildiyini bəyan edib.

Avtobus 45 sərnişini daşıyırmış. Sürücü qurbanlar arasındadır.