Kolumbiyada qanunsuz qızıl mədəninin uçması nəticəsində 14 nəfər həlak olub, yeddi nəfər isə yaralanıb
Kolumbiyanın cənub-qərb hissəsində qanunsuz qızıl mədəninin uçması nəticəsində 14 nəfər həlak olub, yeddi nəfər isə yaralanıb.
Məlumatı “Reuters” nəşri yerli hakimiyyətə istinadən yayır.
Məlum olduğu kimi, hadisə Narinio əyalətində Santa-Barbara bələdiyyəsində baş verib.
Qubernator Milli Hökuməti, Milli Mədən Agentliyini, Mədənlər və Energetika Nazirliyini iş şəraitini və təhlükəsizlik standartlarını yaxşılaşdırmaq üçün qanunsuz və kiçik miqyaslı mədənçilərin leqallaşdırılması prosesini sürətləndirməyə çağırıb.
Məlumat üçün bildirək ki, Narino əyalətində yerləşən başqa bir mədəndə oxşar hadisə avqust ayında da baş vermiş, nəticədə 13 nəfər həlak olmuşdu.