Kolumbiya Prezidenti Trampın Kolumbiyaya yönəlik təhdidinin qanunsuz olduğunu bildirir
Kolumbiya Prezidenti Qustavo Petro Donald Trampın Kolumbiyaya yönəlik təhdidinin qanunsuz olduğunu bildirir. Onun sözlərinə əsasən, ABŞ Prezidentinin bəyanatlarına cavab olaraq bütün venesuelalılar, kolumbiyalılar və Latın Amerikalılar küçələrə çıxmalıdırlar.
Bununla yanaşı, Petro Trampın bəyanatlarının rəsmi tərcüməsini gözlədiyini və bundan sonra daha konkret şərh verəcəyini qeyd edib.
“Bu gün Trampın ingilis dilindəki sözlərinin milli mətbuatın xəbər verdiyi kimi tərcümə olunub-olunmadığını görəcəyəm. Bu səbəbdən, Trampın qanunsuz təhdidinin əslində nə demək olduğunu başa düşənə qədər onlara daha sonra cavab verəcəyəm. Hakimiyyəti prezidentdən ayıran və prezidentin əməkdaşlıq etmək istəmədiyini, hakimiyyətin isə əməkdaşlıq etmək istədiyini deyən cənab Rubioya gəlincə, mən onu Kolumbiya konstitusiyasını oxumağa çağırıram, çünki onun məlumatı tamamilə səhvdir” – Qustavo Petro yazır.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Kolumbiya hökumətini “xəstə kişinin idarə etdiyini” bildirib.
“Bizim çox xəstə qonşumuz var, o, qonşu hesab oluna bilər və bu Venesueladır. Kolumbiya da çox xəstədir. Onu kokain istehsal edən və Amerika Birləşmiş Ştatlarına satan xəstə kişi idarə edir. O, bunu artıq uzun müddət edə bilməyəcək. Onun kokain zavodları və fabrikləri var. Bunu artıq uzun müddət edə bilməyəcək” – Tramp bildirib.
Jurnalist Donald Trampa Amerika Birləşmiş Ştatlarının Kolumbiyada əməliyyat keçirib-keçirməyəcəyinə dair sual verib. “Mənə xoş gəlir. Bilirsiniz niyə? Çünki onlar çox insanı öldürürlər” – Amerika Birləşmiş Ştatları Prezidenti cavab verib.