Köçürülmə prosesinin getdiyi Tvalcrelidze küçəsində vətəndaşlardan biri damdan ağaca tullanıb, xilasedicilər onu aşağı düşürə biliblər

18:09, 24.07.2025

 

Köçürülmə prosesinin getdiyi Tvalcrelidze küçəsində vətəndaşlardan biri damdan ağaca tullanıb.

Bundan əvvəl o, etiraz əlaməti olaraq damdan tullanmaqla hədələmişdi.

Ərazidə olan yanğınsöndürmə-xilasetmə xidmətinin nümayəndələri əraziyə xüsusi şişmə döşək sərdilər.

Xilasedicilər də ağaca çıxdılar və vətəndaşı təhlükəsiz şəkildə aşağı düşürə bildilər, bundan sonra da onu ərazidən çıxardılar.

Səhərdən Tvalcrelidze küçəsində səs-küydür. Vətəndaşlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma bir neçə dəfə baş verdi. Bir neçə nəfəri saxlayıblar.

Oxşar