Kocori yolu zədələndiyi üçün nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb

19:51, 15.06.2022

Gürcüstanın Müdafiə Nazirliyinin yaxınlığındakı Kocori yolunda torpaq kütləsi dağılıb və yolun hərəkət hissəsinə xeyli ziyan dəyib, – Tbilisi meriyasının məlumatında deyilir.

Qurumdan verilən məlumata görə, təhlükəsizlik məqsədilə yolda avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

“Təhlükəsizliklə əlaqədar təcili tədbirlərin görülməsi üçün bütün xidmətlər yerində səfərbər edilib.

Hazırda ünvan mütəxəssislər tərəfindən araşdırılır, nəticəyə əsasən ərazidə möhkəmləndirmə işləri aparılacaq.

Mövcud vəziyyətlə əlaqədar olaraq, təhlükəsizlik məqsədilə bu il iyunun 15-dən etibarən yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq”, – Tbilisi meriyası bildirib.

Oxşar