Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 7.8 km-lik hissəsinin bərpası davam edir

11:14, 31.08.2026

 

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, respublika əhəmiyyətli Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 7.8 km-lik (51km-58km) hissəsinin bərpa işləri aparılır.

Onların məlumatına əsasən, bərpa aparılan hissə əsasən yaşayış olmayan ərazidən keçir.

“Qeyd olunan yol hissəsi zədələnmişdi və avtonəqliyyatın təhlükəsiz, rahat hərəkəti üçün təcili bərpaya ehtiyac duyurdu.

Layihəyə uyğun olaraq, yolun tam bərpası nəzərdə tutulub. O cümlədən asfalt-beton örtüyünün, yol kənarlarının, süni tikililərin tikintisi. Həmçinin kəsişmələr və birləşmələr təşkil olunacaq. Yol nişanlarının quraşdırılması və yolun hərəkət hissəsinin üfüqi nişanlanması həyata keçiriləcək.

Layihə dövlət büdcəsindən maliyyələşdirilir və onun dəyəri 12.9 milyon lariyə yaxındır. İşlərin 2027-ci ildə başa çatdırılması planlaşdırılır” – Avtomobil Yolları Departamentinin məlumatında deyilir.

Oxşar