"Koda" istehsalın direktoru - Vəziyyətimiz şəbəkə marketlərində ildən-ilə pisləşir, müzakirə mövzusu olunan "cashback" ildən-ilə artır
“Koda” istehsalın direktoru Qiorqi Avaliani şəbəkə marketlərində onların vəziyyətinin ildən-ilə pisləşdiyini bildirir.
Qiorqi Avalianinin İstehlak Qiymətləri ilə əlaqədar Parlament Komissiyasında dediyi kimi, yumurta ilə əlaqədar “cashback” ildən-ilə artır.
“Şəbəkə marketləri ilə əlaqədar proseslərə gəlincə, satışlarımızın 90 faizi şəbəkə marketlərinin payına düşür. Distribusiya sahəsində özümüz həyata keçiririk, distribusiya xidmətini göstəririk. Şirkətin marjası son beş il ərzində sabit olaraq 10 faiz olub. Şəbəkə marketlərində vəziyyətimizin ildən-ilə pisləşməsində problemlər görürük. Müzakirə mövzusu olunan “cashback” ildən-ilə artır. Hal-hazırda, yumurta ilə əlaqədar “cashback” şəbəkə marketlərində 22-dən 25 faizə qədər dəyişir. Ümumiyyətlə, bazardakı vəziyyət belədir” – Qiorqi Avaliani qeyd edib.