Kobuletidə yerlilər tərəfindən bağlanan dəmiryolu açıqdır, qatar hərəkətini bərpa etdi
Kobuletidə yerlilər tərəfindən bağlanan dəmiryolu hüquqmühafizəçilər tərəfindən açıldı. Tbilisi-Batumi qatarı hərəkətini bərpa etdi.
Aksiya iştirakçıları Acara hökuməti tərəfindən elan olunan hərracın ləğv olunmasını tələb edirlər. Hərraca əsasən, Boboğvatidə sahil zolağında 27 hektar torpaq sahəsi satılmalıdır. Onlar təsdiq edirlər ki, satışa çıxarılan torpaq sahələri onların mülkiyyətidir və onun qeydiyyatdan keçirə bilmədilər. Torpaq sahəsinə 100-dən artıq ailə iddia edir.
Aksiyada bir neçə nəfər yaxalandı.