Kobuletidə İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin yeni xidmət mərkəzi açılıb
Kobuletidə İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin yeni xidmət mərkəzi açılıb.
Nazirliyin məlumatına əsasən, xidmət mərkəzi maraqlı tərəflərə nazirliyin sistemindəki proqramlarla nəzərdə tutulmuş xidmətləri yerindəcə, ən qısa müddətdə, “tək pəncərə prinsipi” çərçivəsində maneəsiz və yüksək ixtisaslı şəkildə əldə etmək imkanı yaradır.
Dəyişikliyin məqsədi vətəndaşlar üçün xidmətlərin əlçatanlığını daha da yaxşılaşdırmağa və onlar üçün daha rahat mühit yaratmağa xidmət edir.
Xidmət mərkəzi vətəndaşlara hər gün saat 09:00-dan 18:00-dək Ş. Rustaveli küçəsi № 136q ünvanında xidmət göstərəcək.