Kobuleti, Xelvaçauri və Xulodakı torpaq sürüşmələri bir neçə kəndə çıxışa maneə törədir

Güclü yağışlar nəticəsində Acaranın müxtəlif bələdiyyələrində sürüşmə prosesləri yenidən güclənib. Kobuleti, Xelvaçauri və Xuloda torpaq sürüşmələri bir neçə kəndə gedişi bağladı.

Acarıstan Avtomobil Yolları Departamentindın verilən məlumata görə, yollar səhər saatlarından təmizlənir.

Qurumdan verilən məlumata görə, günün sonunadək əsas istiqamətlərdə təmizlik işləri başa çatacaq və nəqliyyatın hərəkəti tam bərpa olunacaq.