Kobuleti merində koronavirus təsdiq olundu
Kobuleti merində koronavirus təsdiq olundu

Kobuleti merində koronavirus təsdiq olundu. Mirian Katamadze evində müalicə olunur. Meriyanın mətbuat xidmətinin məlumatına görə, xəstəlik simptomsuz keçir və mer özünü yaxşı hiss edir.

Merin müavinləri, köməkçisi, administrasiya və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbərləri izolasiyaya keçdilər.

“Məsuliyyətli şəxslər, o cümlədən mer, işini distansiyalı rejimdə davam etdirirlər”, – mətbuat xidmətində bəyan edirlər.