Koba Qvenetadze Karl Hartsel ilə görüşüb

16:29, 11.03.2022

Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze Milli Bankın Baş ofisində Avropa İttifaqının səfiri Karl Hartseli qəbul edib. Görüşdə Ukraynada davam edən hərbi əməliyyatların iqtisadi nəticələri və çağırışları müzakirə olunub.

Koba Qvenetadze Milli Bankın atdığı addımlar barədə səfirə məlumat verib. Karl Hartselə Gürcüstanın maliyyə sektorunda Rusiya banklarına qarşı tətbiq edilən beynəlxalq maliyyə sanksiyalarına uyğun olaraq həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Koba Qvenetadze bildirib ki, MBQ tərəfindən həyata keçirilən siyasət nəticəsində maliyyə sektoru pandemiyanın yaratdığı şokun kifayət qədər ağır mərhələsini uğurla keçib və möhkəm kapital və likvidlik buferləri ilə regiondakı vəziyyətdən potensial təhlükələrlə üzləşib.

Eyni zamanda, tərəflər Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlığın vacibliyini vurğuladılar və bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün gələcək perspektivlərdən danışdılar.

Məlumatı Gürcüstan Milli Bankı yayıb.

Oxşar