Koba Liklikadze – Qiorqi Baramidze çox şeyi dinləməli və çoxlu suala cavab verməli olacaq
Qiorqi Baramidze 90-cı illərdə Abxaziyada döyüşən gürcü əsgərlərinə böhtan atdı və onları əsirləri güllələyənlər kimi qələmə verdi – bu barədə jurnalist Koba Liklikadze sosial şəbəkədə yazır.
Koba Liklikadze sosial şəbəkədə Abxaziya müharibəsi veteranı Malxaz Topurianın Qiorqi Baramidze ilə bağlı paylaşımını paylaşır və qeyd edir:
“Malxaz Topurianın xatırladığı əhvalatı 1992-1993-cü illərdə Silahlı Qüvvələrin Birləşmiş Mətbuat Mərkəzində çalışan hamımız bilirdik! Lakin biz heç vaxt özümüzə Qiorqi Baramidzeyə bu əhvalatı xatırlatmaq haqqı verməmişdik. Lakin bu şərəfsiz 90-cı illərdə Abxaziyada döyüşən gürcü əsgərlərinə böhtan atıb onları əsirləri güllələyənlər kimi qələmə verdikdən sonra, o, öz ünvanına çox şeyi dinləməli və çoxlu suala cavab verməli olacaq!”.