Koba Qvenetadze - Gəlirləri təsdiq edən sənəd təqdim edilmədən kredit verilməməlidir
“Bank kreditlərin verilməsi gəlir sənədi təqdim edilmədən həyata keçirilməməlidir və Milli Bank tərəfindən qoyulan addımlar da məhz buna xidmət edir”, – bu bəyanatı Gürcüstanın Milli Bankının prezidenti Koba Qvenetadze, “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvilinin bəyanatına cavab olaraq, verdi.
“Milli Bank siyasi bir təşkilat deyil, biz siyasi bəyanatlar vermirik. Milli Bankın funksiyası və öhdəliyi odur ki, icraçı iqtidarın iqtisadi fəaliyyətini dəyərləndirsin” – dedi Qvenetadze.
Milli Bankın prezidentini dediyinə görə, çox borcluluqla bağlı Milli Bankda daimi müzakirələr aparılır və çıxış yolu üçün müəyyən addımlar hazırlayır.
Xatırladaq ki, dünən “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili bəyan etdi ki, ölkə əhalisinin bank borcları içində boğulması və iki bankın bütün ölkəyi yeyib-bitirməsi onu çox narahat edir.