Koba Qvenetadze - Borcların sıfırlanması təşəbbüsü bir dəfəlik aksiyadır, ancaq vətəndaşlar üçün yaxşı bir şansdır
Milli Bank qeyri-siyasi bir təşkilatdır və borcların sıfırlanması təşəbbüsündə onun rolu sadəcə iki biznes sektor arasındaki razılaşma ilə bağlı məsləhətlər verməkdir, – bu barədə bəyanatı parlamentin maliyyə-büdcə komitəsinin iclasında Milli Bankın prezidenti Koba Qvenetadze, deputat Roman Qotsiridzenin sualını cavablandırarkən verdi.
Roman Qotsiridze, Milli Bankın qeyd olunan prosesdəki rolu haqqında sual vermişdi.
“Mikro-maliyyə təşkilatlarının “Kartu” fondu ilə görüşü zamanı, müəyyən məsələlərlə bağlı Milli Bank məsləhətlər verirdi və Milli Bankda keçirilən görüşdə Maliyyə Nazirliyinin nümayəndəsi də iştirak edirdi” – dedi Koba Qvenetadze.
“Əslində bir baxışdan bu moral bir riskdir, çünki gələcəkdə borc alanlar düşünə bilər ki, məndə borc alım, sonra hökümət ödəyəcək..və çox vacibdir ki, bunun bir dəfəlik aksiya olduğu vurğulansın və məlum edilsin ki, belə bir aksiya gələcəkdə təkrarlanmayacaq” – dedi Koba Qvenetadze.
Onun dediyinə görə, larizasiya prosesi də bir dəfəlik aksiya idi.